"de" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "de" üzrə 1793 ayə tapıldı.
Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gələnə kimi qoyun qalsın).
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.
Və (onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»
De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat qabağa da keçməzlər.»
De: «Əgər Onun əzabı sizə gecə, ya gündüz gəlib çatsa (peşman olacaqsınız. Belə isə), mənə xəbər verin ki, günahkarlar onun nəyinə tələsirlər? (Məgər əzabın nazil olmasına tələsmək ağıla uyğundur?)
(Əzab gəldikdən və peşman olduqdan) sonra (onlara deyilər:) «Ona əzab gəlib çatan zaman iman gətirdiniz?! İndi?! Halbuki, onun gəlişinə tələsirdiniz».
Sonra (Qiyamət günü) zülm edənlərə deyiləcəkdir: «Dadın əbədi əzabı! Məgər (küfr və itaətsizlikdən) kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!»
Və səndən «görəsən o (Qiyamət, savab və cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz».
De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».
De: «Mənə, Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin.» De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə də Ən’am surəsinin 138. və 139-cu ayələrinə müraciət edin.)
Hər hansı halda və işdə olsan, Onun tərəfindən Qur’andan hər hansı bir hissəni oxusan və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik. Və nə yerdə və nə göydə zərrə ağırlığı qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik və nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların həqiqətlərinin əks olunduğu və Allah dərgahına yaxın olanların gözləri önündə aşkar olan bir lövhədə) qeyd edilməmiş olsun.
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin».
«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».
Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
Və Firon dedi: «Bütün bilikli (və sehr fənnində məharətli) cadugərləri mənim yanıma gətirin.»
1793 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
90 Səhifə