Yunus surəsi · 76-cı ayə

Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: "Şübhəsiz, bu, aşkar bir cadudur."
Bildirişlər
1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər.
2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, möcüzələr, bir sözlə, Allaha aid olan hər bir şey haqdır.
3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları ondan qaynaqlanır.
4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların proqramlarına müxalif olacaq.
5. Peyğəmbərə atılan ən kəskin, ən sadə və ən yayılmış böhtan cadugərlikdir.
6. Böhtan insandakı azğınlıq ruhiyyəsindən qaynaqlanır.
7. Müxaliflər böyük israrla fəaliyyət göstərirlər.

Tez-tez Verilən Suallar

Yunus surəsi 76-cı ayə haqqında suallar və cavablar

Yunus surəsinin 76-cı ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».
Yunus surəsi 76-cı ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 76-cı ayənin təfsiri nədir?
"Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: "Şübhəsiz, bu, aşkar bir cadudur." Bildirişlər 1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər. 2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, möcüzələr, bir sözlə, Allaha aid olan hər bir şey haqdır. 3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları ondan qaynaqlanır. 4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların proqramlarına müxalif olacaq. 5. Peyğəmbərə atılan ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.