Yunus surəsi · 49-cu ayə

De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat qabağa da keçməzlər.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.”
Nöqtələr
Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır.
Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam ümmətinin sonu nə vaxtdır?
Cavab: Ümmət dedikdə din yox, dəstə və cəmiyyət nəzərdə tutulur. Bu məsələ xatəmiyyət, peyğəmbərliyin sona çatması məsələsi ilə zidd deyil və hər zamanda dinin dəyişilməsi üçün dəlil ola bilməz.
Bildirişlər
1. Bir kimsənin, hətta Peyğəmbərin (s) müstəqil qüdrət və mülkiyyəti yoxdur.
2. Peyğəmbər və övliyaların qüdrəti ilahi qüdrət cilvəsidir. Təəssüf ki, təvəssül mövzusunu rədd edən Məraği öz təfsirində "illa maşaəllahu” cümləsini nəzərə almamışdır.
3. "Mən xeyir və ziyan sahibi deyiləm” təbiri peyğəmbərin sədaqətini göstərir.
4. Kafirlər üçün cəza zamanının təyini Allahın əlindədir.
5. Cəmiyyətin də fərdlər kimi əcəli, xoşbəxtlik və ya bədbəxtliyi, inkişaf və ya tənəzzülü var.
6. Dünyəvi hakimiyyət və qüdrət əbədi deyil və məğrurluq yaratmamalıdır.
7. Ümmətlərə möhlət verilməsi ilahi sünnə, qanunlardandır.
8. Ümmətlərin müqəddəratı, ilahi sünnə əsasında təyin olunur. Bu müqəddərata görə tələsməyək, onun vaxtı qətidir.

Tez-tez Verilən Suallar

Yunus surəsi 49-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 49-cu ayəsi nə haqqındadır?
De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər v...
Yunus surəsi 49-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 49-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 49-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 49-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 49-cu ayənin təfsiri nədir?
"De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.” Nöqtələr Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır. Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.