Yunus surəsi · 72-ci ayə

«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.”
Nöqtələr
İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir.
Bildirişlər
1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur.
2. Müvəffəq və təsirli təbliğatçı o kəsdir ki, xalqın malında gözü olmasın və bunu xalqa elan etsin.
3. Peyğəmbərlər xalqdan heç bir əvəz istəməmiş, onlardan mal, xidmət umacağında olmamışlar.
4. Əgər bütün xalq dindən üz çevirsə, bunun ilahi rəhbərə heç bir təsiri yoxdur. İlahi rəhbər Allahın dininə təslimdir.
5. Axirət mükafatına inanan kəs dünyəvi mükafat istəyini qəlbindən rahatca çıxarır.
6. Bütün peyğəmbərlərə haqq qarşısında təslim olunmaq əmr edilmişdir.
7. Xalqın Allaha təslim olmasını istəyən kəs öncə özü təslim olmalıdır.
8. Bu gün xalqı üz çevirmiş görsən də, Allahın Ona təslim olmuş bəndələri çoxdur, belə isə sən onlara qoşul.

Tez-tez Verilən Suallar

Yunus surəsi 72-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 72-ci ayəsi nə haqqındadır?
«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».
Yunus surəsi 72-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 72-ci ayənin təfsiri nədir?
"Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.” Nöqtələr İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir. Bildirişlər 1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur. 2. Müvəffəq və təsirli təbliğatçı o kəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.