Yunus surəsi · 78-ci ayə

Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».

Təfsirlər

Toplam 2 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dedilər: "(Ey Musa,) yer üzündə böyüklük və hökumət sizin ikinizin olsun deyə bizi atalarımızın yolundan döndərmək üçünmü gəlmisən? Biz siz iki nəfərə iman gətirən deyilik.”
Nöqtələr
Ata-babalara və valideynlərə hörmət onların yanlış addımlarını təkrarlamaq kimi başa düşülməməlidir. Keçmiş mədəniyyətlər araşdırılmalı və yalnız dəlillər əsasında qəbul olunmalıdır.
Bildirişlər
1. Mədəni inqilablar və düşüncə dəyişiklikləri cəmiyyətdə daim əks-əmələ səbəb olmuşdur.
2. Ata-babaların getdiyi yol növbəti nəsillərə təsir göstərir.
3. Fironçu hökumətlərin əsasını xalqın ata-babalarının xurafi əqidələri təşkil edir.
4. Bəzən ata-babalara, onların miraslarına hörmət peyğəmbərlərə qarşı müqavimət vasitəsi olur.
5. Ata-babalara əsassız təqlid batildir.
6. Mədəni irsin qorunması adı altında yanlış iş görməyə icazə verilmir.
7. Zalım hakimlər özləri rəyasətpərəst olduqlarından peyğəmbərlərin də islahatçılığını rəyasətpərəstlik kimi qələmə verirlər.
8. Din təbliğatçıları zalımların böhtanlarını eşitməyə hazırlaşsınlar.
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Firon dedi: "Bütün bilikli cadugərləri mənim yanıma gətirin.”

Tez-tez Verilən Suallar

Yunus surəsi 78-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 78-ci ayəsi nə haqqındadır?
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
Yunus surəsi 78-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 78-ci ayənin təfsiri nədir?
"Dedilər: "(Ey Musa,) yer üzündə böyüklük və hökumət sizin ikinizin olsun deyə bizi atalarımızın yolundan döndərmək üçünmü gəlmisən? Biz siz iki nəfərə iman gətirən deyilik.” Nöqtələr Ata-babalara və valideynlərə hörmət onların yanlış addımlarını təkrarlamaq kimi başa düşülməməlidir. Keçmiş mədəniyyətlər araşdırılmalı və yalnız dəlillər əsasında qəbul olunmalıdır. Bildirişlər 1. Mədəni inqilablar və düşüncə dəyişiklikləri cəmiyyətdə daim əks-əmələ səbəb olmuşdur. 2. Ata-babaların getdiyi yol növ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.