Yunus surəsi · 71-ci ayə

Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlara Nuhun əhvalatını oxu. O öz qövmünə dedi: "Ey mənim qövmüm! Əgər mənim qalmağım, (aranızdakı mövqeyim), Allahın ayələrini xatırlatmağım sizə ağır və dözülməz gəlirsə, (bilin ki,) mən yalnız Allaha təvəkkül etmişəm. Siz və şərikləriniz fikrinizi cəmləyin ki, işinizdən sizə qaranlıq qalmasın. Sonra mənim haqqımda qərar çıxarın və mənə möhlət verməyin.”
Nöqtələr
Ayədə həzrət Nuhun ilahi yardımlar sayəsində yenilməzliyindən, onun düşmən qurğularından qorxmamasından danışılır.
Nəql edirlər ki, İmam Hüseyn (ə) Kərbəlada aşura günortasından öncə Kufə qoşununa bu ayəni oxumuşdur. 
Bildirişlər
1. Xalqı keçmişin mühüm xəbərləri, tarix və onun fəlsəfəsi ilə tanış etmək ilahi rəhbərlərin vəzifəsidir.
2. Peyğəmbərlər xalq içindən çıxmışdılar və xalq arasında idilər. Onlar son anadək öz müxalifləri ilə mərhəmətli davranırdılar.
3. Qəlb hazırlığı olmadıqda hətta peyğəmbərlərin də xəbərdarlığı ağır gəlir.
4. Məqsədə iman peyğəmbərlərin ən böyük müqavimət və mübarizə vasitəsidir.
5. Peyğəmbərlər öz müxaliflərini mübarizəyə çağırırdılar.
6. Peyğəmbərlər Allaha təvəkkül etməklə, müxalif qüdrətləri puç bilməklə onları alçaldır və möminlərə şücaət verirdilər. Məkkədə azlıqda olan müsəlmanların bu ayələri tilavət etmələri onların böyük ruhundan və kamil şücaətindən danışır.
7. Düzgün qiymətləndirmə, qüvvələrin səfərbərliyə alınması və qəti qərar mübarizə üsullarındandır.
8. Peyğəmbərlər şəhadətdən qorxmurdular.

Tez-tez Verilən Suallar

Yunus surəsi 71-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 71-ci ayəsi nə haqqındadır?
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə d...
Yunus surəsi 71-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 71-ci ayənin təfsiri nədir?
"Onlara Nuhun əhvalatını oxu. O öz qövmünə dedi: "Ey mənim qövmüm! Əgər mənim qalmağım, (aranızdakı mövqeyim), Allahın ayələrini xatırlatmağım sizə ağır və dözülməz gəlirsə, (bilin ki,) mən yalnız Allaha təvəkkül etmişəm. Siz və şərikləriniz fikrinizi cəmləyin ki, işinizdən sizə qaranlıq qalmasın. Sonra mənim haqqımda qərar çıxarın və mənə möhlət verməyin.” Nöqtələr Ayədə həzrət Nuhun ilahi yardımlar sayəsində yenilməzliyindən, onun düşmən qurğularından qorxmamasından danışılır. Nəql edirlər ki,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.