Yunus surəsi · 77-ci ayə

Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 77
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Musa (onlara) dedi: "Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb) deyirsiniz: "Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.”
Nöqtələr
Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq məqsədi ilə onlara belə bir böhtan atırdılar.
Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-cadunu, onun təlimini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin həqiqət kimi göstərilməsinə, fokusa icazə verməmişdir. 
Bildirişlər
1. Musa öz qələbəsi və böhtançıların məğlubiyyəti haqqında öncədən xəbər verirdi.
2. Düşmənlər həqiqəti sehr, peyğəmbərləri də sehrbaz kimi tanıtdırırdılar.
3. Sehr göstərənlər xalqı aldatdıqları üçün və icazə verilməmiş vasitələrdən istifadə etdiklərinə görə nicat tapmazlar.

Tez-tez Verilən Suallar

Yunus surəsi 77-ci ayə haqqında suallar və cavablar

Yunus surəsinin 77-ci ayəsi nə haqqındadır?
Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadugərlər nicat tapmazlar!
Yunus surəsi 77-ci ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 77-ci ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 77-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 77-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 77-ci ayənin təfsiri nədir?
"Musa (onlara) dedi: "Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb) deyirsiniz: "Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.” Nöqtələr Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq məqsədi ilə onlara belə bir böhtan atırdılar. Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-cadunu, onun təlimini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin həqiqət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.