Əl-Hicr surəsi · 61-ci ayə

Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Elə ki, (ilahi) mələklər Lut ailəsinin sorağına gəldilər, (Lut) dedi: "Siz tanış olmayan bir qövmsünüz.”

Nöqtələr
"Ğabir” sözünün cəm forması olan "ğabirin” sözü (geridə) qalmış mənasını bildirir. Torpaqdan qalmış hissə (toz) "qubar” adlanır.
Həzrət İbrahim və həzrət Lut mələklərlə ilk görüşdə onları tanımadılar. Bu mələklər xoş çöhrəli gənclər qiyafəsində həzrət Luta qonaq olmuşdular. Həzrət Lut cəmiyyətdəki fəsad səbəbindən bu sayaq qonaqlara görə nigaran oldu.
Bildirişlər
1. Peyğəmbərlərin həqiqi ardıcılları dünya cəzalarından da sığortalanmışlar.
2. Həzrət Lutun zövcəsinin onunla müxalifəti insanın iradə azadlığına yetərli dəlil ola bilər. Bəli, insan mühitin hökmü altında deyil.
3. İqtisadi asılılıq ideoloji mədəniyyət asılığı üçün əsas deyil. (Lutun arvadı Lutun çörəyini yeyir və onun düşüncəsinin əksinə çıxırdı.)
4. Peyğəmbər məktəbində əsas məsələ bağlılıq yox, ləyaqətdir. Göründüyü kimi, Lutun arvadı da Allahın qəzəbinə gəldi. (Ailə bağlılıqları ilahi hədəflərin icrasına mane olmamalıdır.)
5. Ailə işlərində müvəffəqiyyət ictimai işlərdə müvəffəqiyyət şərti deyil. (Lutun arvadı evdə ona müxalif idisə, bayırda Lutu qəbul edənlər vardı.)
6. Peyğəmbərlərin də ailə həyatında nakamlıqlar olub.
7. İlahi insanların hesabı onların ailəsindəki ləyaqətsiz fərdlərin hesabından ayrıdır.
8. Allahın qəhr-qəzəbi və əzabının hesabı və proqramı var.
9. Günahkarların cəzalandırılması ilə bağlı ilahi qanun yaxınla uzağa, qadınla kişiyə, tanınmışla tanınmamışa fərq qoymur.
10. Qeyb elmi peyğəmbərin öz əlində deyil. (Həzrət Lut mələkləri tanımadı.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 61-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 61-ci ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,
Əl-Hicr surəsi 61-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 61-ci ayənin təfsiri nədir?
"Elə ki, (ilahi) mələklər Lut ailəsinin sorağına gəldilər, (Lut) dedi: "Siz tanış olmayan bir qövmsünüz.”Nöqtələr"Ğabir” sözünün cəm forması olan "ğabirin” sözü (geridə) qalmış mənasını bildirir. Torpaqdan qalmış hissə (toz) "qubar” adlanır.Həzrət İbrahim və həzrət Lut mələklərlə ilk görüşdə onları tanımadılar. Bu mələklər xoş çöhrəli gənclər qiyafəsində həzrət Luta qonaq olmuşdular. Həzrət Lut cəmiyyətdəki fəsad səbəbindən bu sayaq qonaqlara görə nigaran oldu.Bildirişlər1. Peyğəmbərlərin həqiqi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.