Əl-Hicr surəsi · 66-cı ayə

Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Bu qəti əmri Luta çatdırdıq: Sübh çağı bu qrupun kökü kəsilər.”

Nöqtələr
Quranda dəfələrlə bəyan olunur ki, kafirlər ilahi əzabın tezləşməsi istəyi ilə peyğəmbərə müraciət edirdilər. Onlar bütün xəbərdarlıqları zarafat sayır, Allahın istər dünya, istər axirətdə əzab verəcəyinə şübhə ilə yanaşırdılar. Allah bu ayələrdə bəyan edir ki, kafirlərin şübhə etdikləri qəhr-qəzəb hökmən gələcək.
"Qətə” sözünün cəm forması olan "qitin” sözü "gecənin ötüb keçmiş əsas hissəsi” mənasını bildirir.
Bildirişlər
1. Allahın xəbərdarlıq və hədələrini zarafat saymayın.
2. İlahi cəzalar haqq-ədalətə və günahkarların əməlinə əsaslanır.
3. Kafirlərin qəflətindən möminlərin qurtuluşu üçün istifadə edin.
4. Döyüş və hicrət zamanı rəhbər xalqın ən zəif hissəsi ilə yanaşı hərəkət etməlidir ki, mömin dəstədən geri qalmasın, düşmən dəstəyə isə qoşulmasın.
5. Qəti, ciddi və irəliyə doğru hərəkət etmək lazımdır.
6. Peyğəmbərlər Allahın nəzəri və göstərişi altında hərəkət etmişlər.
7. Mühüm hadisələr zamını Allahın lütfü köməyə ləhzə-ləhzə gəlir.
8. Allah kafirləri həlak etməmiş peyğəmbərləri xəbərdar edir.
9. Allah bir anda bir tayfa və dəstəni məhv etməyə qadirdir.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 66-cı ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 66-cı ayəsi nə haqqındadır?
Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.
Əl-Hicr surəsi 66-cı ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 66-cı ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 66-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 66-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 66-cı ayənin təfsiri nədir?
"Bu qəti əmri Luta çatdırdıq: Sübh çağı bu qrupun kökü kəsilər.”NöqtələrQuranda dəfələrlə bəyan olunur ki, kafirlər ilahi əzabın tezləşməsi istəyi ilə peyğəmbərə müraciət edirdilər. Onlar bütün xəbərdarlıqları zarafat sayır, Allahın istər dünya, istər axirətdə əzab verəcəyinə şübhə ilə yanaşırdılar. Allah bu ayələrdə bəyan edir ki, kafirlərin şübhə etdikləri qəhr-qəzəb hökmən gələcək."Qətə” sözünün cəm forması olan "qitin” sözü "gecənin ötüb keçmiş əsas hissəsi” mənasını bildirir.Bildirişlər1. A...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.