Əl-Hicr surəsi · 74-cü ayə

Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Həmin şəhəri alt-üst etdik, başlarına bərk gil daşlar yağdırdıq.”

Nöqtələr
"Umr” və "əmr” sözləri eyni mənanı bildirir. Amma and içərkən "əmr” sözündən istifadə olunur.
Quranda yalnız İslam Peyğəmbərinin (s) canına and içilmişdir. (Amma Məraği belə deyir: "Canına and olsun” təbiri Lutun canına and içmiş mələklərə aiddir.)
"Əməh” sözündən olan "yəməhun” sözü heyrət, çaşqınlıq mənasını bildirir. "Muşriqin” dedikdə sübh işığına daxil olmaq nəzərdə tutulur.
Daş yağdırılmasında məqsəd şəhər alt-üst olarkən canını qurtaranların və ya bütün şəhərin məhv edilməsi ola bilər.
Bildirişlər
1. Peyğəmbərin (s) canına and içmək olar.
2. Günah və azğınlıq insanın ağıl və huşunu əlindən alıb, onu anlaqsız vəziyyətə sala bilər.
3. Dünya məstliyini səmadan gələn səs aradan götürməlidir.
4. Güclü səs bir şəhəri alt-üst edə bilər.
5. Allah hər şeyə qadirdir. O, səmadan rəhmət yağışı yağdırdığı kimi, daş yağdırıb, əzab da nazil edə bilər.
6. Səs, şəhərin alt-üst olması və daş yağdırılması həmcinsbazlıq (livat) günahı üçün nəzərdə tutulmuş üç növ əzabdır.

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 74-cü ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 74-cü ayəsi nə haqqındadır?
Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
Əl-Hicr surəsi 74-cü ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 74-cü ayənin təfsiri nədir?
"Həmin şəhəri alt-üst etdik, başlarına bərk gil daşlar yağdırdıq.”Nöqtələr"Umr” və "əmr” sözləri eyni mənanı bildirir. Amma and içərkən "əmr” sözündən istifadə olunur.Quranda yalnız İslam Peyğəmbərinin (s) canına and içilmişdir. (Amma Məraği belə deyir: "Canına and olsun” təbiri Lutun canına and içmiş mələklərə aiddir.)"Əməh” sözündən olan "yəməhun” sözü heyrət, çaşqınlıq mənasını bildirir. "Muşriqin” dedikdə sübh işığına daxil olmaq nəzərdə tutulur.Daş yağdırılmasında məqsəd şəhər alt-üst olark...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.