Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əs-Saffat surəsi" üzrə
182 ayə tapıldı.
(121 - 140 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əs-Saffat surəsi
Ayə 121
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq._
Əs-Saffat surəsi
Ayə 122
Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.
Əs-Saffat surəsi
Ayə 123
Həqiqətən İlyas da Bizim peyğəmbərlərimizdən idi.
Əs-Saffat surəsi
Ayə 124
O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?
Əs-Saffat surəsi
Ayə 125
(İbadət etmək və hacət diləmək üçün) «Bə’l»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?
Əs-Saffat surəsi
Ayə 126
Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»
Əs-Saffat surəsi
Ayə 127
Beləliklə onlar onu təkzib etdilər. Şübhəsiz onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.
Əs-Saffat surəsi
Ayə 128
Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!
Əs-Saffat surəsi
Ayə 129
Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi
Ayə 130
Salam olsun İlyasa (və Yasinin övladlarına)!
Əs-Saffat surəsi
Ayə 131
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.__
Əs-Saffat surəsi
Ayə 132
Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi._
Əs-Saffat surəsi
Ayə 133
Həqiqətən Lut da Bizim peyğəmbərlərimizdən idi.
Əs-Saffat surəsi
Ayə 134
(Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
Əs-Saffat surəsi
Ayə 135
(Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!
Əs-Saffat surəsi
Ayə 136
Sonra (yerdə) qalanları məhv etdik.
Əs-Saffat surəsi
Ayə 137
Həqiqətən siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
Əs-Saffat surəsi
Ayə 138
Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?
Əs-Saffat surəsi
Ayə 139
Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.
Əs-Saffat surəsi
Ayə 140
(Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).