Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əs-Saffat surəsi" üzrə
182 ayə tapıldı.
(161 - 180 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əs-Saffat surəsi
Ayə 161
Həqiqətən siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)
Əs-Saffat surəsi
Ayə 162
(bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
Əs-Saffat surəsi
Ayə 163
(Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
Əs-Saffat surəsi
Ayə 164
(Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
Əs-Saffat surəsi
Ayə 165
Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.
Əs-Saffat surəsi
Ayə 166
Əlbəttə (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə mədh edən bizik.
Əs-Saffat surəsi
Ayə 167
(Müşriklər) həmişə deyərdilər:
Əs-Saffat surəsi
Ayə 168
«Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
Əs-Saffat surəsi
Ayə 169
mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.
Əs-Saffat surəsi
Ayə 170
Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.
Əs-Saffat surəsi
Ayə 171
Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir
Əs-Saffat surəsi
Ayə 172
ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.
Əs-Saffat surəsi
Ayə 173
Və əlbəttə, qalib Bizim qoşunumuzdur.
Əs-Saffat surəsi
Ayə 174
Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.
Əs-Saffat surəsi
Ayə 175
Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.
Əs-Saffat surəsi
Ayə 176
Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?
Əs-Saffat surəsi
Ayə 177
(Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!
Əs-Saffat surəsi
Ayə 178
Yenə bir müddətədək onlardan üz döndər.
Əs-Saffat surəsi
Ayə 179
Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər._
Əs-Saffat surəsi
Ayə 180
Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!