Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əs-Saffat ‏ surəsi" üzrə 182 ayə tapıldı. (141 - 160 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əs-Saffat ‏ surəsi

Ayə 141
Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.

Əs-Saffat ‏ surəsi

Ayə 142
O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.

Əs-Saffat ‏ surəsi

Ayə 143
Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,

Əs-Saffat ‏ surəsi

Ayə 144
mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.

Əs-Saffat ‏ surəsi

Ayə 145
Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.

Əs-Saffat ‏ surəsi

Ayə 146
Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.

Əs-Saffat ‏ surəsi

Ayə 147
Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.

Əs-Saffat ‏ surəsi

Ayə 148
Beləliklə onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.

Əs-Saffat ‏ surəsi

Ayə 149
Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!

Əs-Saffat ‏ surəsi

Ayə 150
Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»

Əs-Saffat ‏ surəsi

Ayə 151
Bil ki, onlar yalançı olduqları üçün deyirlər:

Əs-Saffat ‏ surəsi

Ayə 152
«Allah övlad törətmişdir.» Onlar mütləq yalançıdırlar!

Əs-Saffat ‏ surəsi

Ayə 153
(Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!

Əs-Saffat ‏ surəsi

Ayə 154
Sizə nə olub, necə hökm çıxarırsınız?!

Əs-Saffat ‏ surəsi

Ayə 155
Heç ibrət götürmürsünüz?

Əs-Saffat ‏ surəsi

Ayə 156
Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!

Əs-Saffat ‏ surəsi

Ayə 157
Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.

Əs-Saffat ‏ surəsi

Ayə 158
Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.

Əs-Saffat ‏ surəsi

Ayə 159
Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.

Əs-Saffat ‏ surəsi

Ayə 160
Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
114 Sürə
6236 Ayə
182 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar