Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əs-Saffat surəsi" üzrə
182 ayə tapıldı.
(101 - 120 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əs-Saffat surəsi
Ayə 101
Beləliklə Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə müjdələdik.
Əs-Saffat surəsi
Ayə 102
Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
Əs-Saffat surəsi
Ayə 103
Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)
Əs-Saffat surəsi
Ayə 104
Biz ona xitab etdik ki: «Ey İbrahim!
Əs-Saffat surəsi
Ayə 105
Həqiqətən sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Əs-Saffat surəsi
Ayə 106
Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır.
Əs-Saffat surəsi
Ayə 107
Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.
Əs-Saffat surəsi
Ayə 108
Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi
Ayə 109
Salam olsun İbrahimə!
Əs-Saffat surəsi
Ayə 110
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Əs-Saffat surəsi
Ayə 111
Həqiqətən o, Bizim mömin bəndələrimizdən idi.
Əs-Saffat surəsi
Ayə 112
Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə müjdələdik.
Əs-Saffat surəsi
Ayə 113
Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
Əs-Saffat surəsi
Ayə 114
Həqiqətən Biz Musa və Haruna da nemət verdik.
Əs-Saffat surəsi
Ayə 115
O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.
Əs-Saffat surəsi
Ayə 116
Və onlara kömək etdik. Beləliklə onlar qalib gəldilər.
Əs-Saffat surəsi
Ayə 117
Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.
Əs-Saffat surəsi
Ayə 118
Və onların hər ikisini doğru yola hidayət etdik.
Əs-Saffat surəsi
Ayə 119
Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi
Ayə 120
Salam olsun Musaya və Haruna!