Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əs-Saffat ‏ surəsi" üzrə 182 ayə tapıldı. (81 - 100 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əs-Saffat ‏ surəsi

Ayə 81
Şübhəsiz o, Bizim mömin bəndələrimizdən idi.

Əs-Saffat ‏ surəsi

Ayə 82
Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.

Əs-Saffat ‏ surəsi

Ayə 83
Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.

Əs-Saffat ‏ surəsi

Ayə 84
O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).

Əs-Saffat ‏ surəsi

Ayə 85
O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»

Əs-Saffat ‏ surəsi

Ayə 86
«Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»

Əs-Saffat ‏ surəsi

Ayə 87
«Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»

Əs-Saffat ‏ surəsi

Ayə 88
Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.

Əs-Saffat ‏ surəsi

Ayə 89
Və dedi: «Həqiqətən mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).

Əs-Saffat ‏ surəsi

Ayə 90
Onlar ondan üz döndərib qayıtdılar.

Əs-Saffat ‏ surəsi

Ayə 91
Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?

Əs-Saffat ‏ surəsi

Ayə 92
Sizə nə olub ki, danışmırsınız?»

Əs-Saffat ‏ surəsi

Ayə 93
Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)

Əs-Saffat ‏ surəsi

Ayə 94
(Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.

Əs-Saffat ‏ surəsi

Ayə 95
(İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!

Əs-Saffat ‏ surəsi

Ayə 96
Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən Allahın məhsuludur.)

Əs-Saffat ‏ surəsi

Ayə 97
(Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!

Əs-Saffat ‏ surəsi

Ayə 98
Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)

Əs-Saffat ‏ surəsi

Ayə 99
(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.

Əs-Saffat ‏ surəsi

Ayə 100
Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»
114 Sürə
6236 Ayə
182 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar