Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əs-Saffat ‏ surəsi" üzrə 182 ayə tapıldı. (61 - 80 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əs-Saffat ‏ surəsi

Ayə 61
Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.

Əs-Saffat ‏ surəsi

Ayə 62
Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!

Əs-Saffat ‏ surəsi

Ayə 63
Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.

Əs-Saffat ‏ surəsi

Ayə 64
O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).

Əs-Saffat ‏ surəsi

Ayə 65
Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).

Əs-Saffat ‏ surəsi

Ayə 66
Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.

Əs-Saffat ‏ surəsi

Ayə 67
Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).

Əs-Saffat ‏ surəsi

Ayə 68
Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.

Əs-Saffat ‏ surəsi

Ayə 69
Çünki, onlar atalarını azmış gördülər.

Əs-Saffat ‏ surəsi

Ayə 70
Beləliklə (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.

Əs-Saffat ‏ surəsi

Ayə 71
Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.

Əs-Saffat ‏ surəsi

Ayə 72
Həqiqətən onların arasına qorxudanlar göndərdik.

Əs-Saffat ‏ surəsi

Ayə 73
Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.

Əs-Saffat ‏ surəsi

Ayə 74
Allahın seçilmiş və (ilahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!

Əs-Saffat ‏ surəsi

Ayə 75
Həqiqətən Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.

Əs-Saffat ‏ surəsi

Ayə 76
Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.

Əs-Saffat ‏ surəsi

Ayə 77
Və (yer üzündə) yalnız onun nəslini saxladıq.

Əs-Saffat ‏ surəsi

Ayə 78
Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.

Əs-Saffat ‏ surəsi

Ayə 79
Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)

Əs-Saffat ‏ surəsi

Ayə 80
Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.
114 Sürə
6236 Ayə
182 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar