Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əs-Saffat ‏ surəsi" üzrə 182 ayə tapıldı. (41 - 60 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əs-Saffat ‏ surəsi

Ayə 41
Onlar üçün məlum bir ruzi vardır,

Əs-Saffat ‏ surəsi

Ayə 42
(Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.

Əs-Saffat ‏ surəsi

Ayə 43
Bol nemətli bağlarda,

Əs-Saffat ‏ surəsi

Ayə 44
Üz-üzə qoyulmuş taxtlar üzərində,

Əs-Saffat ‏ surəsi

Ayə 45
Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,

Əs-Saffat ‏ surəsi

Ayə 46
Ağappaq və içənlər üçün başdan – başa ləzzət olan bir şərab.

Əs-Saffat ‏ surəsi

Ayə 47
Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.

Əs-Saffat ‏ surəsi

Ayə 48
Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,

Əs-Saffat ‏ surəsi

Ayə 49
Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).

Əs-Saffat ‏ surəsi

Ayə 50
Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.

Əs-Saffat ‏ surəsi

Ayə 51
Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi.»

Əs-Saffat ‏ surəsi

Ayə 52
(Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»

Əs-Saffat ‏ surəsi

Ayə 53
«Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!

Əs-Saffat ‏ surəsi

Ayə 54
(Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»

Əs-Saffat ‏ surəsi

Ayə 55
O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.

Əs-Saffat ‏ surəsi

Ayə 56
Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən.»

Əs-Saffat ‏ surəsi

Ayə 57
«Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.»

Əs-Saffat ‏ surəsi

Ayə 58
Beləliklə (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»

Əs-Saffat ‏ surəsi

Ayə 59
(Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»

Əs-Saffat ‏ surəsi

Ayə 60
(Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.
114 Sürə
6236 Ayə
182 Tapılan Nəticə
10 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar