Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əs-Saffat surəsi" üzrə
182 ayə tapıldı.
(21 - 40 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əs-Saffat surəsi
Ayə 21
(Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.
Əs-Saffat surəsi
Ayə 22
(Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə
Əs-Saffat surəsi
Ayə 23
«Onları Cəhənnəmin yoluna yönəldin.»
Əs-Saffat surəsi
Ayə 24
«Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar.»
Əs-Saffat surəsi
Ayə 25
«(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»
Əs-Saffat surəsi
Ayə 26
Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.
Əs-Saffat surəsi
Ayə 27
Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,
Əs-Saffat surəsi
Ayə 28
(Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz.»
Əs-Saffat surəsi
Ayə 29
Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz.»
Əs-Saffat surəsi
Ayə 30
«Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»
Əs-Saffat surəsi
Ayə 31
«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»
Əs-Saffat surəsi
Ayə 32
«Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik.»
Əs-Saffat surəsi
Ayə 33
Şübhəsiz onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.
Əs-Saffat surəsi
Ayə 34
Biz günahkarlarla belə rəftar edirik.
Əs-Saffat surəsi
Ayə 35
(Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» - deyildiyi zaman təkəbbür göstərirdilər.
Əs-Saffat surəsi
Ayə 36
Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»
Əs-Saffat surəsi
Ayə 37
(O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.
Əs-Saffat surəsi
Ayə 38
Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.
Əs-Saffat surəsi
Ayə 39
Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).
Əs-Saffat surəsi
Ayə 40
(Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.