Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əs-Saffat surəsi" üzrə
182 ayə tapıldı.
(1 - 20 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əs-Saffat surəsi
Ayə 1
And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).
Əs-Saffat surəsi
Ayə 2
(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Qur’an ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
Əs-Saffat surəsi
Ayə 3
(And olsun) Zikri (Qur’anı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
Əs-Saffat surəsi
Ayə 4
həqiqətən, sizin Tanrınız təkdir.
Əs-Saffat surəsi
Ayə 5
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.
Əs-Saffat surəsi
Ayə 6
Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik .
Əs-Saffat surəsi
Ayə 7
Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.
Əs-Saffat surəsi
Ayə 8
Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
Əs-Saffat surəsi
Ayə 9
Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.
Əs-Saffat surəsi
Ayə 10
Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.
Əs-Saffat surəsi
Ayə 11
(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
Əs-Saffat surəsi
Ayə 12
Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.
Əs-Saffat surəsi
Ayə 13
Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar
Əs-Saffat surəsi
Ayə 14
Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.
Əs-Saffat surəsi
Ayə 15
Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur.»
Əs-Saffat surəsi
Ayə 16
«Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»
Əs-Saffat surəsi
Ayə 17
«Yəni bizim ilk ata – babalarımızdamı (dirildiləcəklər)?»
Əs-Saffat surəsi
Ayə 18
De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».
Əs-Saffat surəsi
Ayə 19
Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nə’rə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.
Əs-Saffat surəsi
Ayə 20
Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür.»