Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Kəhf surəsi" üzrə
110 ayə tapıldı.
(101 - 110 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Kəhf surəsi
Ayə 101
O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər.
Əl-Kəhf surəsi
Ayə 102
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
Əl-Kəhf surəsi
Ayə 103
(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
Əl-Kəhf surəsi
Ayə 104
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
Əl-Kəhf surəsi
Ayə 105
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
Əl-Kəhf surəsi
Ayə 106
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
Əl-Kəhf surəsi
Ayə 107
Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır.
Əl-Kəhf surəsi
Ayə 108
Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər.
Əl-Kəhf surəsi
Ayə 109
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
Əl-Kəhf surəsi
Ayə 110
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın.»