Quranda Axtarış Edin

Axtarış nəticələri: "Uf " üzrə 104 ayə tapıldı. (81 - 100 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)
(Və onlara belə xitab olunacaq:) «Ey Mənim bəndələrim! Bu gün sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız!»
(Ey) Bizim ayə və nişanələrimizə iman gətirərək həmişə (Bizə) təslim olan kəslər!
Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!
Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz.
Həqiqətən günahkarlar cəhənnəm əzabında əbədidirlər.
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.
Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin.» O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız.»
Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım.»
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.
Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
114 Sürə
6236 Ayə
104 Tapılan Nəticə
6 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar