Ət-Tövbə surəsi · 17-ci ayə

Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda Allah məscidlərini təmir edə bilməzlər. Onların işi puça çıxmışdır və onlar odda əbədi qalacaqlar.”
Nöqtələr
Ayə Məscidül-həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də ayədə "məscid” yox, "məscidlər” sözü işlədilmişdir.
İlkin İslam dövründə Məkkənin fəthindən qabaq Məscidül-həramın işlərinin idarəçiliyi və təmiri müşriklərin ixtiyarında idi.
Həzrət Əli (ə) tərəfindən bəyan olunmuş bəraətdəki məsələlərdən biri də müşriklərdən Məscidül-hərama qəyyumluq haqqının alınması idi. Onlara hətta Məscidül-hərama daxil olmağa icazə verilmirdi. (27-ci ayədə bu məsələyə işarə olunur)
Bildirişlər
1. Məscidlərin və müsəlman dini mərkəzlərinin inşasında kafirlər və müşriklər iştirak etmirlər.
2. Müqəddəs mərkəzlərin tikintisinə və idarəçiliyinə biganələrin müdaxilə etməməsi üçün bu işlərdə onlardan pul almayın.
3. Əsas rol oynayan amil əməl yox, niyyətdir.
4. Bəzən qazanc qeyri-şəri, iştirak isə dəyərsiz olur. Məscidlərin abad edilməsi xatirinə kafirlərin sizin dini işlərinizə nüfuz etmələrinə yol verməyin.
5. Özünü dinsiz göstərən kəslərin dini işlərə müdaxilə haqqı yoxdur.
6. Müşrik elə həmin kafirdir.
7. Küfr kafirlərin məhvinə, fəsad törətmələrinə və əməllərinin dəyərdən düşməsinə səbəb olur.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 17-ci ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 17-ci ayəsi nə haqqındadır?
Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar ...
Ət-Tövbə surəsi 17-ci ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 17-ci ayənin təfsiri nədir?
"Müşriklər öz küfrlərinə aşkar şahid olduqları halda Allah məscidlərini təmir edə bilməzlər. Onların işi puça çıxmışdır və onlar odda əbədi qalacaqlar.” Nöqtələr Ayə Məscidül-həramın təmiri ilə bağlı nazil olsa da, onda bəyan olunmuş hökmlər bütün məscidlərə aiddir. Ona görə də ayədə "məscid” yox, "məscidlər” sözü işlədilmişdir. İlkin İslam dövründə Məkkənin fəthindən qabaq Məscidül-həramın işlərinin idarəçiliyi və təmiri müşriklərin ixtiyarında idi. Həzrət Əli (ə) tərəfindən bəyan olunmuş bəraə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.