Ət-Tövbə surəsi · 12-cü ayə

Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”

 

Nöqtələr
Həzrət Əlidən (ə) soruşdular: "Nə üçün Siffeyn döyüşündə fərariləri təqib etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: "Siffeyn döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçün bir mərkəz yox idi.”
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs sizin dininizə tənə etsə, hökmən, kafir olar.” Sonra həzrət uyğun ayəni oxudu. 
Bildirişlər
1. Əhdi pozmağın və əqidə məktəbini məsxərəyə qoymağın bir nümunəsi də dindən çıxmaqdır.
2. İslama qarşı tənə və onun xar edilməsinin cəzası edamdır.
3. İslami cihadın məqsədi əqidə məktəbinin müdafiəsidir.
4.Əhdi pozan və dini məsxərəyə qoyan küfr başçıları ilə mübarizə aparın.
5. Mübarizədə fitnə başçılarının, düşmən komandanlığının məhvi ilkin vəzifələrdəndir.
6. Qarşı tərəfin hər andı sizi aldatmasın. Əhdi pozanların andı etibarsızdır.
7. Düşmən planlarının qarşısının alınması İslam cihadının məqsədlərindəndir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 12-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 12-cü ayəsi nə haqqındadır?
Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
Ət-Tövbə surəsi 12-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 12-cü ayənin təfsiri nədir?
"Amma əgər (tövbə yerinə) peyman bağladıqdan sonra andlarını pozsalar, dininizə tənə etsələr, küfr başçıları ilə döyüşün. Çünki onlar üçün heç bir and yoxdur. Bəlkə öz rəftarlarından çəkinələr.”   Nöqtələr Həzrət Əlidən (ə) soruşdular: "Nə üçün Siffeyn döyüşündə fərariləri təqib etdiniz, Cəməl döyüşündə isə onları azad buraxdınız?” Həzrət buyurdu: "Siffeyn döyüşündə küfr başçısı sağ idi və qaçanlar onun ətrafında toplanırdılar. Cəməl savaşında isə başçı öldürüldüyündən növbəti dəfə toplanmaq üçü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.