Ət-Tövbə surəsi · 49-cu ayə

Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlardan bəziləri deyirlər: "Mənə icazə ver və məni fitnəyə salma.” Agah olun ki, belələri fitnəyə yuvarlanmışlar. Həqiqətən, cəhənnəm kafirləri əhatə edər.”
Nöqtələr
Bəni-Sələmə qəbiləsinin münafiq başçılarından biri Təbuk döyüşünə getməmək üçün Peyğəmbərdən (s) icazə istədi. O, bəhanə gətirirdi ki, gözünə qadın dəydikdə aldanıb günaha düşür. Həzrət bu şəxsə icazə verdi. Ayə nazil oldu və cəbhədə iştirak etmədiyinə görə həmin şəxsi günahkar və fitnəyə uğramış bildirdi. Həzrət Peyğəmbər (s) onu qəbilə başçılığından uzaqlaşdırıb, səxavətli və xoşxasiyyət Buşr ibn Bərranı onun yerinə təyin etdi. 
Bildirişlər
1. Hərbi qüvvələrə komandanlıq Peyğəmbər (s) və İslam cəmiyyətinin rəhbərinə aid məsuliyyətlərdəndir.
2. Hədəfsiz münafiqlər həzrət Peyğəmbəri(s) fitnəkar sayırdılar.
3. Münafiqlərin nəzərində Allah yolunda cihad bəladır.
4. Döyüş fitnə və sınaq butasıdır.
5. Bəzi münafiqlər imanlı insanları aldatmaq üçün dini məsələlərdən istifadə edirlər. (Onlar Rum qızlarına baxmamaq bəhanəsi ilə Allah və Onun rəsulunun əmrini ayaq altına alırlar.)
6. Döyüş fitnəsindən qorxanlar daha üstün fitnəyə düçar olurlar.
7. İlahi sınaqdan qaçmaq mümkünsüzdür. 
8. Münafiqlərin cihaddan kənarlaşmaq üçün bəhanə gətirməsi küfr səbəbidir.
9. Günah kafirlərin vücudunu əhatə etdiyindən cəhənnəm odu da onları əhatəyə alır. 

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 49-cu ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 49-cu ayəsi nə haqqındadır?
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axi...
Ət-Tövbə surəsi 49-cu ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 49-cu ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 49-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 49-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 49-cu ayənin təfsiri nədir?
"Onlardan bəziləri deyirlər: "Mənə icazə ver və məni fitnəyə salma.” Agah olun ki, belələri fitnəyə yuvarlanmışlar. Həqiqətən, cəhənnəm kafirləri əhatə edər.” Nöqtələr Bəni-Sələmə qəbiləsinin münafiq başçılarından biri Təbuk döyüşünə getməmək üçün Peyğəmbərdən (s) icazə istədi. O, bəhanə gətirirdi ki, gözünə qadın dəydikdə aldanıb günaha düşür. Həzrət bu şəxsə icazə verdi. Ayə nazil oldu və cəbhədə iştirak etmədiyinə görə həmin şəxsi günahkar və fitnəyə uğramış bildirdi. Həzrət Peyğəmbər (s) onu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.