Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Vaqiə surəsi" üzrə 96 ayə tapıldı. (61 - 80 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Vaqiə surəsi

Ayə 61
(Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!

Əl-Vaqiə surəsi

Ayə 62
Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!

Əl-Vaqiə surəsi

Ayə 63
Heç əkdiyinizi görmüsünüz?

Əl-Vaqiə surəsi

Ayə 64
Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?

Əl-Vaqiə surəsi

Ayə 65
Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:

Əl-Vaqiə surəsi

Ayə 66
Həqiqətən biz ziyana uğramışıq.

Əl-Vaqiə surəsi

Ayə 67
Hətta məhrum və bədbəxtik!

Əl-Vaqiə surəsi

Ayə 68
Heç içdiyiniz suyu görmüsünüz?

Əl-Vaqiə surəsi

Ayə 69
Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?

Əl-Vaqiə surəsi

Ayə 70
Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!

Əl-Vaqiə surəsi

Ayə 71
Heç yandırdığınız odu görmüsünüz?

Əl-Vaqiə surəsi

Ayə 72
Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?

Əl-Vaqiə surəsi

Ayə 73
Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.

Əl-Vaqiə surəsi

Ayə 74
Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).

Əl-Vaqiə surəsi

Ayə 75
Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Qur’anın hissələrinin nazil olma vaxtlarına.

Əl-Vaqiə surəsi

Ayə 76
Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)

Əl-Vaqiə surəsi

Ayə 77
Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır.

Əl-Vaqiə surəsi

Ayə 78
(O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.

Əl-Vaqiə surəsi

Ayə 79
Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.

Əl-Vaqiə surəsi

Ayə 80
O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.
114 Sürə
6236 Ayə
96 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar