Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Vaqiə surəsi" üzrə 96 ayə tapıldı. (21 - 40 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Vaqiə surəsi

Ayə 21
Və meyilləri çəkən quş əti ilə.

Əl-Vaqiə surəsi

Ayə 22
Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).

Əl-Vaqiə surəsi

Ayə 23
Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!

Əl-Vaqiə surəsi

Ayə 24
(Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.

Əl-Vaqiə surəsi

Ayə 25
Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.

Əl-Vaqiə surəsi

Ayə 26
Salam(un əleyk), səlam(un əleyk)dən başqa!

Əl-Vaqiə surəsi

Ayə 27
Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)

Əl-Vaqiə surəsi

Ayə 28
Tikansız sidr (ağacı bağları içərisin)də!

Əl-Vaqiə surəsi

Ayə 29
Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).

Əl-Vaqiə surəsi

Ayə 30
Və uzanan daimi kölgəlik.

Əl-Vaqiə surəsi

Ayə 31
Və (şəlalələrdən) tökülən su.

Əl-Vaqiə surəsi

Ayə 32
Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.

Əl-Vaqiə surəsi

Ayə 33
Nə tükənəndir, nə də istifadəsi qadağan.

Əl-Vaqiə surəsi

Ayə 34
Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.

Əl-Vaqiə surəsi

Ayə 35
Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.

Əl-Vaqiə surəsi

Ayə 36
Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik

Əl-Vaqiə surəsi

Ayə 37
Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.

Əl-Vaqiə surəsi

Ayə 38
(Bunların hamısı) sağ tərəf əhli üçündür.

Əl-Vaqiə surəsi

Ayə 39
(Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),

Əl-Vaqiə surəsi

Ayə 40
və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).
114 Sürə
6236 Ayə
96 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar