Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Vaqiə surəsi" üzrə 96 ayə tapıldı. (81 - 96 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Vaqiə surəsi

Ayə 81
Bu kəlamla (insanlara deyilmiş bu Qur’anla) boş və yüngül davranırsınız?!

Əl-Vaqiə surəsi

Ayə 82
Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?

Əl-Vaqiə surəsi

Ayə 83
Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.

Əl-Vaqiə surəsi

Ayə 84
Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

Əl-Vaqiə surəsi

Ayə 85
Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.

Əl-Vaqiə surəsi

Ayə 86
(Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,

Əl-Vaqiə surəsi

Ayə 87
əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

Əl-Vaqiə surəsi

Ayə 88
Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,

Əl-Vaqiə surəsi

Ayə 89
onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.

Əl-Vaqiə surəsi

Ayə 90
Amma əgər sağ tərəf əhlindən olsa,

Əl-Vaqiə surəsi

Ayə 91
onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).

Əl-Vaqiə surəsi

Ayə 92
Lakin əgər azmış təkzib edənlərdən olsa,

Əl-Vaqiə surəsi

Ayə 93
onda (ona) ilk xidmət qaynar sudur

Əl-Vaqiə surəsi

Ayə 94
və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!

Əl-Vaqiə surəsi

Ayə 95
Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir.

Əl-Vaqiə surəsi

Ayə 96
Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!
114 Sürə
6236 Ayə
96 Tapılan Nəticə
5 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar