Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Vaqiə surəsi" üzrə
96 ayə tapıldı.
(41 - 60 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Vaqiə surəsi
Ayə 41
Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)
Əl-Vaqiə surəsi
Ayə 42
(Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə
Əl-Vaqiə surəsi
Ayə 43
və qatı qara tüstünün gölgəsindədirlər.
Əl-Vaqiə surəsi
Ayə 44
Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).
Əl-Vaqiə surəsi
Ayə 45
Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.
Əl-Vaqiə surəsi
Ayə 46
Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.
Əl-Vaqiə surəsi
Ayə 47
Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»
Əl-Vaqiə surəsi
Ayə 48
Bizim ata-babalarımız da (dirildiləcəklər)?
Əl-Vaqiə surəsi
Ayə 49
De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da
Əl-Vaqiə surəsi
Ayə 50
mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.
Əl-Vaqiə surəsi
Ayə 51
Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!
Əl-Vaqiə surəsi
Ayə 52
Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.
Əl-Vaqiə surəsi
Ayə 53
Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.
Əl-Vaqiə surəsi
Ayə 54
Onun üstündən qaynar su içəcəksiniz.
Əl-Vaqiə surəsi
Ayə 55
Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.
Əl-Vaqiə surəsi
Ayə 56
Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.
Əl-Vaqiə surəsi
Ayə 57
Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!
Əl-Vaqiə surəsi
Ayə 58
(Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?
Əl-Vaqiə surəsi
Ayə 59
Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?
Əl-Vaqiə surəsi
Ayə 60
Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.