Əl-Hicr surəsi · 42-ci ayə

«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ 16.12.2025

"Həqiqətən, sənə tabe olan azğınlar istisna olmaqla, Mənim bəndələrim üzərində hökmün yoxdur.”

Nöqtələr
Ötən ayədə İblis dedi ki, mən ixlaslı insanlardan savay hamını azdıraram. Allah bu ayədə buyurur ki, xalis bəndələrimə hakim olmamağın Mənim doğru yolum, sünnəmdir. Yəni Allah onları qorumağa Özü zamin dayanmışdır və bu, Onun qanunudur. Şeytan ixlaslılardan kənarda dayanmayıb, sadəcə, onlara bata bilmir.
Sual: Əgər İblis seçilmiş insanlara yol tapa bilmirsə, nə üçün Adəm onun vəsvəsəsi ilə qadağan olunmuş meyvədən yedi?
Cavab: İblisin seçilmiş insanlarda tamahı var və onlara vəsvəsə edir. Amma seçilmiş insanlara yaxşı işi unutdura bilsə də, onları azğınlığa sürükləməkdə acizdir. (Adəmin qadağan olunmuş meyvədən yeməsi "tərki-ovla”, yəni yaxşı bir işdən çəkinmək idi.)
Bildirişlər
1. Allahın təslim olmuş bəndələri üzərində Şeytanın hökmü yoxdur.
2. İnsan öz istəyi ilə İblisin ardınca gedir.
3. Əgər ibadət və təqva vasitəsi ilə Allahın bəndələri zümrəsinə qatılsaq sığortalanmış olarıq.
4. Şeytanın işi hakimlik yox, vəsvəsədir. (Qiyamətdə İblis xalqın etirazına cavab olaraq deyər ki, mənim sizim üzərinizdə hakimiyyətim olmayıb, yalnız sizi dəvət etmişəm.)

Tez-tez Verilən Suallar

Əl-Hicr surəsi 42-ci ayə haqqında suallar və cavablar

Əl-Hicr surəsinin 42-ci ayəsi nə haqqındadır?
«Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!
Əl-Hicr surəsi 42-ci ayə hansı surədə yerləşir?
Əl-Hicr surəsi Quran-ı Kərimin 15-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Əl-Hicr surəsinin tərkib hissəsidir.
Əl-Hicr surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Hicr surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Hicr surəsi 42-ci ayənin təfsiri nədir?
"Həqiqətən, sənə tabe olan azğınlar istisna olmaqla, Mənim bəndələrim üzərində hökmün yoxdur.”NöqtələrÖtən ayədə İblis dedi ki, mən ixlaslı insanlardan savay hamını azdıraram. Allah bu ayədə buyurur ki, xalis bəndələrimə hakim olmamağın Mənim doğru yolum, sünnəmdir. Yəni Allah onları qorumağa Özü zamin dayanmışdır və bu, Onun qanunudur. Şeytan ixlaslılardan kənarda dayanmayıb, sadəcə, onlara bata bilmir.Sual: Əgər İblis seçilmiş insanlara yol tapa bilmirsə, nə üçün Adəm onun vəsvəsəsi ilə q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.