Quranda Axtarış Edin

Yüklənir...

Nəticələr yüklənir...

Əl-Bəqərə surəsi

Ayə 34
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.

Əl-Bəqərə surəsi

Ayə 35
Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız.»

Əl-Bəqərə surəsi

Ayə 36
Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)

Əl-Bəqərə surəsi

Ayə 37
(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.

Əl-Bəqərə surəsi

Ayə 38
Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.»

Əl-Bəqərə surəsi

Ayə 39
. «Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»

Əl-Bəqərə surəsi

Ayə 40
Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!

Əl-Bəqərə surəsi

Ayə 41
Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!

Əl-Bəqərə surəsi

Ayə 42
Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.

Əl-Bəqərə surəsi

Ayə 43
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın).

Əl-Bəqərə surəsi

Ayə 44
(Səmavi) kitabı oxumağınıza baxmayaraq camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!

Əl-Bəqərə surəsi

Ayə 45
(İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir.

Əl-Bəqərə surəsi

Ayə 46
O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.

Əl-Bəqərə surəsi

Ayə 47
Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın.

Əl-Bəqərə surəsi

Ayə 48
Və o gündən qorxun ki, heç kəs başqasının haqqını ödəyə, bir diləyi yerinə yetirə və bir əzabı dəf edə bilməyəcək və heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir.

Əl-Bəqərə surəsi

Ayə 49
Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən - oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

Əl-Bəqərə surəsi

Ayə 50
Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.

Əl-Bəqərə surəsi

Ayə 51
Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

Əl-Bəqərə surəsi

Ayə 52
Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.

Əl-Bəqərə surəsi

Ayə 53
Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız.
114 Sürə
6236 Ayə
6236 Tapılan Nəticə
312 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar