Əl-Bəqərə surəsi · 40-cu ayə

Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
40. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ
"Ey İsrail övladları! Sizə ruzi etdiyim nemətləri yadınıza salın və əhdimə vəfa edin ki, Mən (də) sizin əhdinizə vəfa edim. Yalnız Məndən qorxun!”
Nöqtələr
"İsrail” həzrət Yaqubun digər bir adıdır. Bu söz "bəndə” və "Tanrı” sözlərindən yaranmışdır. Belə ki, "İsrail” sözünün lüğət mənası "Allah bəndəsi” olur.
Bəni-İsrailin tarixi, onların fironçular tərəfindən əsarəti, bu qövmün həzrət Musa tərəfindən xilası, onların bəhanəçiliyi və dindən dönməsi bir tabe və xüsusi bir tarix vücuda gətirmişdir. Bu tarix müsəlmanlar üçün də ibrətverici və nəsihətamizdir. Əgər müsəlmanlar diqqətli olmasalar, rəvayətlərin bildirdiyinə görə, eyni taleyə düçar olacaqlar.
Səmavi kitabların hökmlərinə şamil olan ilahi əhdlər və Allahın hamıdan aldığı fitri əhdlər gerçəkləşəsidir. Quranda imamət məsələsi əhd adlanmışdır: "Mənim əhdim (imamət məqamı) zalım fərdlərə çatmaz.”("Vəsail”, c. 1, s. 110. ) Demək, əhd səmavi imam və rəhbərə vəfa, ona itaətdir. Yeri gəlmişkən, rəvayətlərdə oxuyuruq: "Namaz ilahi əhddir.”("Nəhcül-bəlağə”, k. 49. )
Bildirişlər
1. İlahi nemətlərin xatırlanması Allaha məhəbbət və itaət səbəbidir.
Allaha doğru dəvət edərkən Onun lütflərini xatırlayın ki, qəbul üçün zəmin yaransın.
2. Nemətləri yada salıb zikr etmək vacibdir.
3. Ata-babalara verilmiş nemətlər insanın özünə verilmiş nemətlər yerindədir. Nemətlər yəhudilərin babalarına peyğəmbər dövründə verilmiş olsa da, Allah onların nəslindən olanlara bunu unutmamağı tapşırır.
4. İlahi əhdlərə vəfa vacibdir.
5. Allahın lütfündən bəhrələnməyin şərti ilahi vəzifələr yolunda qədəm götürməkdir. Bəli, biz müti olduqda Allah da dualarımızı qəbul edəcək.
6. İlahi vəzifələrimizi yerinə yetirərkən heç bir gücdən qorxmayaq və başqalarının münasibətini əsas götürməyək.
Düşmənin mənfi təbliğatı, danlaqları, hədələri, qurğuları mühüm deyil. Allahın qəhri və qəzəbi hər şeydən mühümdür.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 40-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 40-cu ayəsi nə haqqındadır?
Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!
Əl-Bəqərə surəsi 40-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 40-cu ayənin təfsiri nədir?
40. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ "Ey İsrail övladları! Sizə ruzi etdiyim nemətləri yadınıza salın və əhdimə vəfa edin ki, Mən (də) sizin əhdinizə vəfa edim. Yalnız Məndən qorxun!” Nöqtələr "İsrail” həzrət Yaqubun digər bir adıdır. Bu söz "bəndə” və "Tanrı” sözlərindən yaranmışdır. Belə ki, "İsrail” sözünün lüğət mənası "Allah bəndəsi” olur. Bəni-İsrailin tarixi, onların fironçular tərəf...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.