Quranda Axtarış Edin

Yüklənir...

Nəticələr yüklənir...

Əl-Fatihə surəsi

Ayə 1
Bağışlayan və mehriban Allahın adı ilə.

Əl-Fatihə surəsi

Ayə 2
Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.

Əl-Fatihə surəsi

Ayə 3
(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.

Əl-Fatihə surəsi

Ayə 4
Cəza gününün sahib və hökmdarına.

Əl-Fatihə surəsi

Ayə 5
(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

Əl-Fatihə surəsi

Ayə 6
Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!

Əl-Fatihə surəsi

Ayə 7
(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!

Əl-Bəqərə surəsi

Ayə 1
Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə - səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

Əl-Bəqərə surəsi

Ayə 2
Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.

Əl-Bəqərə surəsi

Ayə 3
O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

Əl-Bəqərə surəsi

Ayə 4
O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.

Əl-Bəqərə surəsi

Ayə 5
Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).

Əl-Bəqərə surəsi

Ayə 6
Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.

Əl-Bəqərə surəsi

Ayə 7
Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.

Əl-Bəqərə surəsi

Ayə 8
İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.

Əl-Bəqərə surəsi

Ayə 9
Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.

Əl-Bəqərə surəsi

Ayə 10
Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.

Əl-Bəqərə surəsi

Ayə 11
Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.

Əl-Bəqərə surəsi

Ayə 12
Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

Əl-Bəqərə surəsi

Ayə 13
Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
114 Sürə
6236 Ayə
6236 Tapılan Nəticə
312 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar