Əl-Bəqərə surəsi · 51-ci ayə

Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
("Yada salın.) o zaman ki, Musa ilə qırx gecəlik vədələşdik. Siz ondan sonra buzovu tutdunuz (ona ibadət etdiniz). Bir halda ki, sitəmkar idiniz.”
Nöqtələr
Həzrət Musanın adı Quranın 34 surəsində 136 dəfə yad edilmişdir. Həzrət Musanın vəd yerinin macərası "Əraf” və "Taha” surələrində nəql olunmuşdur.(Nisa”, 48, 116. ) Vəd yeri Tur dağı, vəd müddəti isə əvvəlcə otuz gün müəyyənləşdirilmişdi. Vəd yerində isə həmin müddətə daha on gecə əlavə olundu. Bu müddət Tövratın qəbulu üçün müəyyənləşdirilmişdi. Bəni-İsrail həzrət Musanın qardaşı Harun kimi rəhbərə malik olduğu halda bütün ilahi nemətləri və lütfləri unudub, buzova pərəstiş etməyə başladı. Buzovu mahir sənətkar Samiri Musa olmadığı vaxt qızıldan hazırlamışdı.
Quran ayələrindən məlum olur ki, bu vəddə üç məsələ nəzərdə tutulmuşdur: Tövratın alınması, Harun üçün xilafət məqamının isbatı və bəni-İsrailin sınağı.
Bəni-İsrail cəmiyyətinin şirkə süqutunda bir neçə amil rol oynadı:
a) Həzrət Musa kimi bir rəhbərin olmaması;
b) Samiri kimi mahir və azğın sənətkarların mövcudluğu;
v) Cazibəyə malik qızıl və bəzək əşyalarından istifadə;
q) Güclü səsə malik təbliğat şeypurları. Çünki Samirinin buzovu səs çıxarırdı;
e) Xalqın sadəlövhlüyü, tez inanması və dərin imandan məhrumluğu;
ə) İnəkpərəstliyin keçmişi və bu əqidə üçün münasib şərait.
Bildirişlər
1. İlahi rəhbərlərin ibadət məqsədi ilə bir müddət cəmiyyətdən uzaqlaşması layiqli və yaxşı işdir.
2. Xalqdan kənarda qırx gecəlik ibadətin xüsusi əsərləri vardır.
3. Vəhyin və ruhani ilhamın əldə olunmasında qırx rəqəminin rolu var.
4. Şirk bəşəriyyətə qarşı zülmdür. Çünki müşrik insan Allahdan əl götürüb aciz zalımlara əl açır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 51-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 51-ci ayəsi nə haqqındadır?
Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.
Əl-Bəqərə surəsi 51-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 51-ci ayənin təfsiri nədir?
("Yada salın.) o zaman ki, Musa ilə qırx gecəlik vədələşdik. Siz ondan sonra buzovu tutdunuz (ona ibadət etdiniz). Bir halda ki, sitəmkar idiniz.” Nöqtələr Həzrət Musanın adı Quranın 34 surəsində 136 dəfə yad edilmişdir. Həzrət Musanın vəd yerinin macərası "Əraf” və "Taha” surələrində nəql olunmuşdur.(Nisa”, 48, 116. ) Vəd yeri Tur dağı, vəd müddəti isə əvvəlcə otuz gün müəyyənləşdirilmişdi. Vəd yerində isə həmin müddətə daha on gecə əlavə olundu. Bu müddət Tövratın qəbulu üçün müəyyənləşdirilmi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.