Əl-Bəqərə surəsi · 8-ci ayə

İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 8-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
8. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
"Xalqın arasında belə deyən bir dəstə var: "Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar iman gətirməmişlər.”
Nöqtələr
Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra siçovuluna bənzəyir. Həmin siçovul yollardan birini get-gəl üçün açıq qoyur, digərini təhlükəli məqamlar üçün ehtiyata saxlayır. Bu siçovulun yuvasından açdığı məxfi dəliyə, "nafiqa” deyilir. "Münafiq” sözü də həmin "nafiqa” sözündən alınmışdır("Səfinətül-bihar”, c. 2. s. 605. ).
Nifaqın olduqca geniş mənası vardır. Sözü ilə əməli uyğun gəlməyən hər bir insanın nifaqdan payı var. Hədisdə oxuyuruq: "Əgər əmanətə xəyanət etsək, yalan danışsaq, vədimizə əməl etməsək, münafiqik. Hətta namaz qılıb oruc tutsaq da!”("Səfinətül-bihar”, c. 2, s. 605. )Nifaq bir növ əməli və etiqadi yalandır. Riyakarlıq da nifaqın bir növüdür.("Təfsiri-nümunə”. )
Bildirişlər
1. İman qəlbə aid bir məfhumdur və onun insanın izharı ilə əlaqəsi yoxdur.
2. İmanın əsasını Allah və axirətə inam təşkil edir.
3. Allah insanın batinindən xəbərdardır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 8-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 8-ci ayəsi nə haqqındadır?
İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.
Əl-Bəqərə surəsi 8-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 8-ci ayənin təfsiri nədir?
8. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ "Xalqın arasında belə deyən bir dəstə var: "Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar iman gətirməmişlər.” Nöqtələr Bu surənin başlanğıcında möminlər dörd, kafirlər isə iki ayə ilə tanıtdırılır. Bu və bundan sonrakı on üç ayədə münafiq adlanan üçüncü qrup haqqında da danışılır. Onlarda nə birinci dəstənin imanı, nə də ikinci dəstənin küfr cürəti var. Münafiq, yuvasına iki yol qoyan səhra ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.