Əl-Bəqərə surəsi · 12-cü ayə

Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ : Bəqərə surəsi 12-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
12. أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُون
"Agah olun! Şübhəsiz ki, onlar fəsad əhlidirlər. Amma anlamırlar.”
Nöqtələr
Quran ayələrini icmali şəkildə nəzərdən keçirdikdə görürük ki, nifaq münafiq şəxsin ruhunda, rəftar və əməllərində çirkinlik yaradır. Nifaq insanı dünya və axirətdə müşkülə salır. Quran münafiqləri belə təfsir edir:
–Onlar həqiqi şüurdan məhrum olurlar("Tövbə”, 87; "Bəqərə”, 13. );
–Onlar düşünüb dərk edə bilmirlər("Bəqərə”, 15; "Bəqərə”, 17. );
–Onlar heyrət və məəttəlçiliyə düçar olurlar.("Ən`am”, 70; "Bəqərə”, 16. );
–Onlar toxuduqları yalanlar səbəbindən öz küfrlərində möhkəmlənir və hidayət olmurlar.("Bəqərə”, 19. )
–Qəlbən inanmadıqlarından qorxu və iztirab, eləcə də, dərdli əzab içində olurlar. ("Müfrədate-rağib”. )
Bildirişlər
1. Müsəlmanlar münafiqlərin hiylələri və zahirdə gözəl görünən şüarlarından xəbərdar olmalıdırlar.
2. Münafiqin məğrur halda yuxarıdan getməsi və xəyalpərvazlığı sındırılmalıdır.
3. Münafiqlər daim fəsad halındadırlar.
4. Əgər haqq yolda zirəklik yoxdursa, bu, şüursuzluqdur.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 12-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 12-cü ayəsi nə haqqındadır?
Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
Əl-Bəqərə surəsi 12-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 12-cü ayənin təfsiri nədir?
12. أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُون "Agah olun! Şübhəsiz ki, onlar fəsad əhlidirlər. Amma anlamırlar.” Nöqtələr Quran ayələrini icmali şəkildə nəzərdən keçirdikdə görürük ki, nifaq münafiq şəxsin ruhunda, rəftar və əməllərində çirkinlik yaradır. Nifaq insanı dünya və axirətdə müşkülə salır. Quran münafiqləri belə təfsir edir: –Onlar həqiqi şüurdan məhrum olurlar("Tövbə”, 87; "Bəqərə”, 13. ); –Onlar düşünüb dərk edə bilmirlər("Bəqərə”, 15; "Bəqərə”, 17. ); –Onlar heyrə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.