"Dəvədən iki zövc (erkək və dişi), inəkdən iki zövc (erkək və dişi) sizin üçün halal etmişdir.) De ki, Allah bu iki şeyin erkəklərini, yoxsa dişilərini haram etmişdir? Bəlkə qarınlarında olanı? Yoxsa Allahın sizə bu ətləri haram etdiyinə şahid olmusunuz?! Allaha iftira qoşub Onun adından yalan danışandan zalımı kimdir ki, nadanlıq üzündən xalqı azdırsın? Şübhəsiz, Allah zalım qövmü hidayət etməz.”
Dişi və erkək həm birlikdə, həm də ayrı-ayrılıqda "zövc” adlandırılır. Bu ayədə onların hər biri ayrılıqda «zövc» adlandırılmışdır. «Səkkiz zövc» dedikdə dörd erkək, dörd dişi nəzərdə tutulur. Onlardan dördünün adı 143-cü, dördünün də adı 144-cü ayədə çəkilir. "Nəcm” surəsinin 46-cı ayəsində də "zövc” kəlməsi işlədilmişdir. Orada da uyğun söz tək hala aiddir.
"Zumər” surəsinin 6-cı ayəsində səkkiz erkək və dişi heyvanın yaranışı insanın yaranışı ilə yanaşı bəyan olunmuşdur.
Olsun ki, adı çəkilən heyvanlar məsrəf üçün daha üstün olduğundan məhz onların adı qeyd olunmuşdur (qoyun, keçi, dəvə, inək).
Bəzi rəvayətlərdə 16 zövc təbiri qeyd olunmuşdur. Orada uyğun dörd heyvanın həm əhliləşmiş, həm də vəhşi növü nəzərdə tutulur. İmam Hadi (ə) buyurmuşdur: "Gomuş vəhşi inək növüdür.”
1. Dini xurafatlardan qorumaq və təmizləmək üçün həqiqi əqidələri imkan daxilində açıq-aşkar bəyan etmək lazımdır.
2. Bir şeyin halal və ya haram olunması barədə fətva və etiqad üçün elm lazımdır.
3. Bir şeyin halal olması üçün dəlil lazım deyil. Qidalar əslən halal olduğundan bir şeyin haram olması üçün dəlilə ehtiyac var.
4. Allaha qarşı iftira ən böyük zülmdür.
5. Allahın adından danışılan yalan xalqın aldanış səbəbidir.
6. İftira insanı hidayətin qəbulundan uzaqlaşdırır.
7. İnamlar və əqidələr ya elm, ya da şəriətə əsaslanmalıdır.