Əl-Ənam ‏ surəsi - Ayə: 143

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 143
Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 143. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 143 MÖHSÜN QƏRAƏTİ.

"Allah (o heyvanlardan) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə bir cüt qoyun və bir cüt keçi). De ki: «Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğu barədəki) iddialarınız doğrudursa, bir biliyə əsaslanaraq (bu haqda) mənə xəbər verin!»”

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.