Əl-Ənam ‏ surəsi - Ayə: 137

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 137
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 137. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 137 MÖHSÜN QƏRAƏTİ.

"Beləcə, (bütlər və onların xadimləri,) onların şərikləri övladın öldürülməsini bir çox müşriklər üçün (bütlərə qurbanlıq adı ilə) gözəl göstərdilər ki, onları məhvə sürükləyib, ayinlərini çətinləşdirsinlər. Əgər Allah istəsəydi, belə etməzdilər. (Onların qarşısını məcburi şəkildə alardı.) Onları toxuduqları yalanlarla birgə boşla.”
Nöqtələr
Ətin və mal-qaranın Allahla Onun büt şərikləri arasında bölünməsi müşriklərə gözəl göründüyü kimi, bütlərin yolunda övladları şeytanın vəsvəsəsi ilə öldürmələri də gözəl cilvələnmişdi.
"Yurduhum” sözü həlak etmək mənasını bildirir.
Müşriklər ya qızı əskik sayıb diri-diri torpağa basdırır,  ya da ona xərc çəkmək imkanları olmadığını bəhanə gətirib qətlə yetirirdilər. Bəzən də bunu bir növ bütlərə yaxınlıq sayırdılar. Bütün bunlar bir növ təlqin idi.
Bildirişlər
1. Xurafat insanı elə bir hala salır ki, öz övladını ağac və daş bütə qurban kəsir və bununla iftixar edir.
2. Günahkarlar öz vicdanlarını sakitləşdirmək üçün hətta övladlarının qətlə yetirilməsinə də bir don geyindirirlər.
3. Tənqiddə insafı gözləyək. Hamını eyni bilməyək.
4. Günaha don geyindirmək və çirkin işləri bəzəmək fəlakət və süqut amilidir.
5. Xurafata meyl dinin saxtalaşdırılması səbəbidir.
6. Peyğəmbər məcbur etməyə yox, bəyan etməyə məsuldur. Əgər bir dəstə onu eşitmirsə, o başqa bir dəstənin sorağına gedir.
7. Günahkarların düşüncə və rəftarı haqpərəstləri süstləşdirməməlidir.
8. Allaha şərik qoşmaq Ona qarşı iftiradır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.