Əl-Ənam ‏ surəsi - Ayə: 147

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 147
Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 147. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 147 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər!) Əgər səni təkzib etdilərsə, de ki, Allahınız geniş rəhmət sahibidir. (Amma) Onun əzabı günahkar qövmdən dəf olmaz.”

Bildirişlər

1. Rəhbər bəzi insanlardan təkzib və böhtan eşitməyə hazır olmalıdır.

2. Təkzib edənlərlə öncə xeyirxahlıqla rəftar edilməli, əgər təsir olmasa hədələmədən istifadə olunmalıdır.

3. Tərbiyəçi rəhmət dəryası olmalıdır.

4. Qorxu və ümid yanaşı olduqda səmərə verir.

5. İlahi rəhmət qapıları hətta müxaliflərin də üzünə bağlı deyil.

6. Allahın rəhməti Onun qəzəbindən çoxdur.

7. İlahi rəhmətin genişliyi Allahın cəza verməsinə mane olmur. Əlbəttə ki, Allahın cəzası da insanın tərbiyəsi üçündür və ilahi rəhmət və rübubiyyətdən qaynaqlanır.

Müəllif: MÖHSÜN QƏRAƏTİ.