Əl-Ənam ‏ surəsi - Ayə: 139

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 139
Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 139. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 139 MÖHSÜN QƏRAƏTİ.

"(Müşriklərin xurafi əqidələrindən bir başqası bu idi ki,) dedilər: "(Bütlərə nəzir olunmuş) dördayaqlıların qarnındakı balalar (əgər dünyaya sağ gəlsələr) bizim qadınlara haramdır, kişilərə məxsusdur. Əgər dünyaya ölü gəlsə, hamı ona şərikdir. Allah onları bu cür batil iddialarına görə tezliklə cəzalandıracaq. Həqiqətən, O, hikmət sahibi və biləndir.”
Nöqtələr
Cahiliyyət dövrünün xurafatı ilə tanışlıq insanların hidayəti yolunda həzrət Peyğəmbərin (s) çəkdiyi zəhmətlərdən danışır və insanlarda qədirbilmə ruhunu dirçəldib çiçəkləndirir.
Bildirişlər
1. Qadın və kişi arasındakı əsassız ayrıseçkilik cahilanə və qəbulolunmaz bir əməldir.
2. Cahiliyyət dövründə qadın o qədər alçaldılırdı ki, bəzən ona ölü heyvanın ətindən pay ayırılırdı.
3. Allahın cəzası Onun elm və hikmətinə əsaslanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.