Əl-Ənam ‏ surəsi - Ayə: 146

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 146
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 146. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 146 MÖHSÜN QƏRAƏTİ.

"Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini - bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla - yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.”
Nöqtələr
Ötən ayədə İslamdakı haramlar, bu ayədə yəhudilər üçün müəyyənləşdirilmiş haramlar haqqında danışıldı. Aydın oldu ki, müşriklərin xurafi əqidələri heç bir səmavi dinlə uyğun deyil. 
"Zufur” dırnaq deməkdir. Amma bəzi heyvanların (məsələn, atın, dəvənin) çatsız dırnaqları da "zufur” adlanır. Beləcə, dırnağı çatsız dördayaqlılar və quşlar yəhudilərə haram edildi. 
"Həvaya” qarının daxilindəkilərə deyilir. 
"Nisa” surəsinin 160-cı ayəsində oxuyuruq: "Bəzi pak şeyləriN yəhudilərə haram olmasının səbəbi onların yol verdiyi zülmlər idi. Yəhudilər də müşriklər kimi bəzi şeyləri özlərinə haram etmişdilər.” Başqa ayələrdə də bu sayaq buyruqlarla rastlaşırıq. 
Yəhudilərə bəzi şeylər müvəqqəti olaraq haram edilmişdi. Bu haramlar həzrət İsa vasitəsi ilə aradan qaldırıldı. 
İlahi hökmlər üç növdür: "Əksər hökmlərdə olduğu kimi, məsləhət və ya fəsad əsas götürülən hökmlər; İsmailin qurban kəsilməsi əmri kimi sınaq xarakterli hökmlər; uyğun ayədə nümunəsi ilə rastlaşdığımız ilahi əzab məqsədli hökmlər.
Bildirişlər
1. Bəzən müxaliflərin və düşmənlərin qidalarının məhdudlaşdırılması üçün maneə olmur.
2. İlahi cəza təkcə axirətə yox, həm də dünyaya aiddir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.