Əl-Ənam ‏ surəsi - Ayə: 149

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 149
De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 149. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 149 MÖHSÜN QƏRAƏTİ.

"De ki, aydın və yetərli dəlil yalnız Allahdandır. Əgər istəsəydi, hamınızı (məcburən) hidayət edərdi.”

Nöqtələr
Allah insanda qərar verdiyi tövhid fitrəti ilə, eləcə də, peyğəmbərlərin və əqlin hidayəti vasitəsi ilə höccəti, dəlili xalqa tamamlayıb xeyir və şər yolları, onların xeyir və bəd sonluqlarını bəyan etmişdir. Xataya yol verənlər üçün də tövbə və qayıdış yolu açıq saxlanmışdır. Peyğəmbərlərin aşkar möcüzələri, gözəl şəkildə dəvətləri və möhkəm dəlilləri, eləcə də, dinin fitrət və əqllə uyğun olması xalq üçün höccəti tamamlamışdır, bəhanə yeri qalmamışdır. Bəli, müşriklərin əsassız gümandan savay öz şirklərinə bir dəlilləri yoxdur. Onlar Allahdan qeyrisinin yolunu seçməklə xatalara, zəifliklərə, elmi və əqli məhdudiyyətlərə, həvəslərə üz tutmuşlar.
Rəvayətdə bildirilir ki, Allah qiyamətdə insana buyurar: "Haqq yolu bilirdin, yoxsa yox?” «Bilirdim» deyənlərdən soruşular ki, nə üçün əməl etmədin? «Bilmirdim» deyənlərdən "nə üçün bilməyə çalışmırdın?” deyə soruşular. Budur Allahın yetərli höccəti. 
Bildirişlər
1. Yetərli dəlili, höccəti olan yalnız Allahdır. Ona cavab verməkdə hər birimiz aciz və əliboşuq.
2. Allah yolunda müxaliflər üçün heç bir bəhanə yoxdur. Onlar nə dəlillərdə, nə peyğəmbərlərin sifətində, nə onların dəvət üsulunda nöqsan tapa bilməzlər.
3. Allahın istəyi azad, insanın iradəsinə əsaslanan hidayət, eləcə də, insanın azadlığıdır.
4. Allahın iradəsi dəyişməzdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.