Əl-Ənam ‏ surəsi - Ayə: 140

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 140
Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 140. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 140 MÖHSÜN QƏRAƏTİ.

"Şübhəsiz, övladlarını səfehcəsinə, cəhalət üzündən öldürənlər ziyan etdilər. Allahın onlara ruzi verdiyini iftira ilə haram etdilər. Onlar yollarını azdılar, doğru yolu tapa bilmədilər.”

Nöqtələr
İbn-Abbas ilkin İslam dövrü böyüklərinin dilindən nəql edir: "Cəhalət dövründə qövmlərin cəhalət dərəcəsini bilmək istəyənlər müşriklərin xurafat və əsassız etiqadlarını bəyan edən "Ənam” surəsinin bu ayələrini oxusunlar.” 
Ərəb cahilləri bütlərə yaxınlaşmaq gümanı və ya abırlarını qorumaq üçün öz qızlarını gah bütlərə qurban verir, gah da diri-diri basdırırdılar.
Bildirişlər
1. Cəhalət və səfehlik zərər gətirir. (Övladı əldən vermək, insanlıq hisslərini alçaltmaq, halal nemətləri harama çıxarmaq, cəhənnəm və ilahi cəza qazanmaq belə zərərlərdəndir.)
2. Əsil zərər insanın batil yolda fəda olmasıdır. (İstər bütlərə qurbanlıq, istərsə də yersiz qeyrət həmin fədakarlıqlardandır.)
3. Halal nemətləri əsassız olaraq harama çıxarmaq Allaha iftiradır.
4. İstənilən bir işin yerinə yetirilməsi və ya bir şeyin qadağan edilməsi ya şəri, ya da əqli dəlil tələb edir.
5. Xurafatla sərt şəkildə rəftar edək.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.