"Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.”
Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır.
«Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəyə oxşayan dördayaqlılar nəzərdə tutulur. Onların yunundan və tükündən xalça hazırlanması da nəzərdə tutula bilər.
Bir çox təfsirçilər "Həmulə” sözünü yük daşıyan heyvan mənasında qeyd etmişlər. "Fərş” sözü isə yük daşımayan heyvanlar kimi təbir olunmuşdur.
1. Varlıq aləmi və onda olanlar insana ramdır.
2. Heyvanlara münasibətdə ümumi qanun, haramlıqlarına dəlil olmadıqda, onların istifadəyə halal olmasıdır.
3. Halal nemətlərin haram olunması şeytani addımlardandır.
4. Bu gün dünyada çox qövmlər arasında rəvac tapmış ət yeməmək və ətdən istifadənin qadağası haramdır və deyilənlərin bir nümunəsidir.
5. İstifadə etdiyimiz qidalara diqqətli olaq. Çünki şeytan Adəmə qarşı ilkin olaraq qidadan istifadə etdi.
6. Allahın süfrəsi arxasında Onun düşməninə itaət etməyək.
7. Şeytanın siyasəti birdəfəyə yox, tədrici azdırmadır.