Əl-Ənam ‏ surəsi - Ayə: 135

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 135
De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 135. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 135 MÖHSÜN QƏRAƏTİ.

"De ki, ey mənim qövmüm! Öz yerinizə və yolunuza əməl edin ki, mən də (öz yolum əsasında) əməl edim. Tezliklə biləcəksiniz ki, nəhayət o saray kimindir. Həqiqətən, zalımlar nicat tapmaz.”

Bildirişlər
1. İslam peyğəmbəri tutduğu yolun doğruluğuna əmin olduğundan ona əmr olunmuşdur ki, rəftarlarında öz qətiyyətini başqalarına elan etsin.
2. Xalqın boyun qaçırması peyğəmbərlərin vəzifəsini dəyişmir.
3. Xalqın taleyi onların öz əməllərindən asılıdır.
4. Müvəffəqiyyət meyarı ötəri görüntülər və səylər yox, gözəl sonluqdur.
5. Zalım nicat tapmaz.
6. Allah və peyğəmbər yolundan üz döndərmək zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.