Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Əraf surəsi" üzrə 206 ayə tapıldı. (121 - 140 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Əraf surəsi

Ayə 121
Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik.

Əl-Əraf surəsi

Ayə 122
Musa və Harunun Rəbbinə!»

Əl-Əraf surəsi

Ayə 123
Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!

Əl-Əraf surəsi

Ayə 124
Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam».

Əl-Əraf surəsi

Ayə 125
Dedilər: «(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).

Əl-Əraf surəsi

Ayə 126
Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyb və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür.»

Əl-Əraf surəsi

Ayə 127
Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik».

Əl-Əraf surəsi

Ayə 128
Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».

Əl-Əraf surəsi

Ayə 129
Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın.»

Əl-Əraf surəsi

Ayə 130
Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər.

Əl-Əraf surəsi

Ayə 131
Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.

Əl-Əraf surəsi

Ayə 132
Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik».

Əl-Əraf surəsi

Ayə 133
Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.

Əl-Əraf surəsi

Ayə 134
Və onlara (hər dəfə) əzab nazil olanda, (belə) deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik».

Əl-Əraf surəsi

Ayə 135
Beləliklə, elə ki, əzabı yetişməli olduqları müddətədək onlardan dəf edirdik, onlar yenə də əhd-peymanı pozurdular.

Əl-Əraf surəsi

Ayə 136
Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər.

Əl-Əraf surəsi

Ayə 137
Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.

Əl-Əraf surəsi

Ayə 138
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.

Əl-Əraf surəsi

Ayə 139
Həqiqətən bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».

Əl-Əraf surəsi

Ayə 140
Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»
114 Sürə
6236 Ayə
206 Tapılan Nəticə
11 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar