Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Muddəssir surəsi" üzrə 56 ayə tapıldı. (41 - 56 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Muddəssir surəsi

Ayə 41
Günahkarların halını;

Əl-Muddəssir surəsi

Ayə 42
(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»

Əl-Muddəssir surəsi

Ayə 43
Deyərlər: «Biz namaz qılanlardan deyildik.

Əl-Muddəssir surəsi

Ayə 44
Fəqirə və yoxsula təam verməzdik.

Əl-Muddəssir surəsi

Ayə 45
Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.

Əl-Muddəssir surəsi

Ayə 46
Cəza gününü təkzib və inkar edərdik.

Əl-Muddəssir surəsi

Ayə 47
Ölüm bizi yaxalayana qədər».

Əl-Muddəssir surəsi

Ayə 48
Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.

Əl-Muddəssir surəsi

Ayə 49
Onlara nə olub ki, öyüd–nəsihətdən üz döndərirlər?!

Əl-Muddəssir surəsi

Ayə 50
Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,

Əl-Muddəssir surəsi

Ayə 51
(Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.

Əl-Muddəssir surəsi

Ayə 52
(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).

Əl-Muddəssir surəsi

Ayə 53
Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.

Əl-Muddəssir surəsi

Ayə 54
Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Qur’an) öyüd – nəsihət və xatırlatma vasitəsidir.

Əl-Muddəssir surəsi

Ayə 55
Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.

Əl-Muddəssir surəsi

Ayə 56
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
114 Sürə
6236 Ayə
56 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar