Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Muddəssir surəsi" üzrə 56 ayə tapıldı. (21 - 40 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Muddəssir surəsi

Ayə 21
Sonra baxdı.

Əl-Muddəssir surəsi

Ayə 22
Bu zaman üz-gözünü turşutdu, qaş – qabağını tökdü.

Əl-Muddəssir surəsi

Ayə 23
Sonra (Qur’anın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.

Əl-Muddəssir surəsi

Ayə 24
Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».

Əl-Muddəssir surəsi

Ayə 25
«Bu, bəşər kəlamından başqa bir şey deyildir».

Əl-Muddəssir surəsi

Ayə 26
Tezliklə onu Səqərə atacağam və yandıracağam.

Əl-Muddəssir surəsi

Ayə 27
Və sən nə bilirsən ki, Səqər nədir!

Əl-Muddəssir surəsi

Ayə 28
(Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).

Əl-Muddəssir surəsi

Ayə 29
(O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.

Əl-Muddəssir surəsi

Ayə 30
Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.

Əl-Muddəssir surəsi

Ayə 31
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.

Əl-Muddəssir surəsi

Ayə 32
Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Qur’an və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,

Əl-Muddəssir surəsi

Ayə 33
And olsun qayıdıb getməkdə olan gecəyə,

Əl-Muddəssir surəsi

Ayə 34
Və and olsun işıqlanmaqda olan (səhərə) ki,

Əl-Muddəssir surəsi

Ayə 35
Həqiqətən, bu (Qur’an ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.

Əl-Muddəssir surəsi

Ayə 36
Bəşər üçün bir qorxuducudur

Əl-Muddəssir surəsi

Ayə 37
Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.

Əl-Muddəssir surəsi

Ayə 38
Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),

Əl-Muddəssir surəsi

Ayə 39
«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.

Əl-Muddəssir surəsi

Ayə 40
Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
114 Sürə
6236 Ayə
56 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar