Quranda Axtarış Edin

Axtarış nəticələri: sureadi = "Əl-Muddəssir surəsi" üzrə 56 ayə tapıldı. (1 - 20 arası göstərilir)
Yüklənir...

Nəticələr yüklənir...

Əl-Muddəssir surəsi

Ayə 1
Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).

Əl-Muddəssir surəsi

Ayə 2
Qalx və (ins və cin mükəlləflərini) qorxut!

Əl-Muddəssir surəsi

Ayə 3
Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!

Əl-Muddəssir surəsi

Ayə 4
Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).

Əl-Muddəssir surəsi

Ayə 5
Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.

Əl-Muddəssir surəsi

Ayə 6
Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!

Əl-Muddəssir surəsi

Ayə 7
Və öz Rəbbin üçün səbr et.

Əl-Muddəssir surəsi

Ayə 8
Elə ki, sura üfürülər.

Əl-Muddəssir surəsi

Ayə 9
O gün çətin bir gündür.

Əl-Muddəssir surəsi

Ayə 10
Kafirlər üçün asan deyildir.

Əl-Muddəssir surəsi

Ayə 11
Məni Öz yaratdığım kimsə ilə tək burax.

Əl-Muddəssir surəsi

Ayə 12
Ona bolluca mal-dövlət verdim.

Əl-Muddəssir surəsi

Ayə 13
Və (Məkkədə, ya əyan – əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).

Əl-Muddəssir surəsi

Ayə 14
Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.

Əl-Muddəssir surəsi

Ayə 15
Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.

Əl-Muddəssir surəsi

Ayə 16
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.

Əl-Muddəssir surəsi

Ayə 17
Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).

Əl-Muddəssir surəsi

Ayə 18
Həqiqətən, o, (Qur’an barəsində) fikirləşdi, ölçdü – biçdi.

Əl-Muddəssir surəsi

Ayə 19
Ölüm olsun ona! Necə ölçdü – biçdi!

Əl-Muddəssir surəsi

Ayə 20
Yenə də ölüm olsun ona! Necə ölçdü – biçdi?!
114 Sürə
6236 Ayə
56 Tapılan Nəticə
3 Səhifə
Ana səhifə Quran Axtarış Seçilənlər Ayarlar