Quranda Ayə Axtarışı
Bütün Quran ayələrinin axtarışı, tərcüməsi və təfsiri
Quranda Axtarış Edin
Populyar Axtarışlar
28 açar söz
Axtarış nəticələri:
sureadi = "Əl-Haqqə surəsi" üzrə
52 ayə tapıldı.
(41 - 52 arası göstərilir)
Yüklənir...
Nəticələr yüklənir...
Əl-Haqqə surəsi
Ayə 41
Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!
Əl-Haqqə surəsi
Ayə 42
Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
Əl-Haqqə surəsi
Ayə 43
(Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
Əl-Haqqə surəsi
Ayə 44
Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,
Əl-Haqqə surəsi
Ayə 45
Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.
Əl-Haqqə surəsi
Ayə 46
Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.
Əl-Haqqə surəsi
Ayə 47
Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.
Əl-Haqqə surəsi
Ayə 48
Və həqiqətən, bu (Qur’an) təqvalılar üçün bir öyüd-nəsihətdir.
Əl-Haqqə surəsi
Ayə 49
Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
Əl-Haqqə surəsi
Ayə 50
Bu (Qur’an) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.
Əl-Haqqə surəsi
Ayə 51
Və həqiqətən, bu (Qur’an) yəqin (gerçək) bir haqdır və həqiqətdir.
Əl-Haqqə surəsi
Ayə 52
Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).